“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır”.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
Qeyd olunub ki, nazirlər üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Onlar həmçinin Ermənistan və Azərbaycanın arasında sülh sazişinin imzalaması imkanlarını müzakirə ediblər.
Tərəflər təmasların davam etdirilməsinin zəruriliyini təsdiqləyiblər.