Lavrov erməni həmkarına irad tutub

A- A A+

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana irad tutub.

NUHÇIXAN xəbər verir ki, hadisə Lavrovla Mirzoyanın Şimali Makedoniyanın paytaxtı Skopyedə görüşü zamanı baş verib.

Görüşdən yayılan qısa videoda Lavrovun Mirzoyana irad tutduğu müşahidə olunub.

“Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?”, – Lavrov Mirzoyanı Ermənistanın Vyanadakı və ATƏT-dəki səfirinin fəaliyyətinə görə qınayıb.

Qeyd edək ki, KİV-də Ermənistanın Avropadakı səfirlərinin anti-Rusiya fəaliyyətlərində fəal iştirak etdiklərinə dair məlumatlar yayılmaqdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: