BMT-nin Baş katibi Antonio Quterreş Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanmasından dərin təəssüf hissi keçirdiyini və İsraillə HƏMAS arasında atəşkəsin bərpa olunacağına ümid etdiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanması əsl humanitar atəşkəsin yaradılmasının vacibliyini göstərir: "Mən hələ də ümid edirəm ki, atəşkəs bərpa oluna bilər".