Hökumətlərarası iqlim dəyişikliyi konfransının 60-cı toplantısı İstanbulda keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə yanvar ayında bu tədbirə ev sahibliyi edəcək.
R. T. Ərdoğan həmçinin söyləyib ki, Ankara Növbəti Regional İqlim Sammitinə ev sahibliyi üçün də namizədliyini irəli sürüb.