İnformasiya təhlükəsizliyi üzrə 60 ölkədən olan 1400 şirkət rəhbərinin, IT-menecerləri və ekspertlərin iştirakı ilə aparılan “EYs” informasiya təhlükəsizliyinin qlobal tədqiqatı belə nəticəyə gəlib ki, rəqəmsal transformasiya kibertəhlükənin bundan sonra güclənməsinə gətirib çıxaracaq.
NUHÇIXAN tədqiqatın nəticələrini dərc edən Macarıstanın “MTI” agentliyinə istinadla xəbər verir ki, şirkətlər risklərlə mübarizə aparmaq üçün lazımi qədər iş görmürlər.
Tədqiqatın nəticələri göstərir ki, məlumatların qorunması təhlükəsinin miqyasını daha çox sayda şirkət anlasa da, onlar yenə də öz kibertəhlükəsizliklərinin artırılmasına kifayət qədər vəsait xərcləmirlər. Ötən ilin birinci rübündə iki milyarda yaxın şəxsi və məxfi məlumatlar kənar adamların əlinə düşüb.
Rəyi soruşulanların 92 faizi əsas fəaliyyət növlərinin informasiya təhlükəsizliyindən narahatdırlar. Lakin respondentlərin 32 faizi bu sahəyə yalnız cüzi vəsait xərcləyirlər. Onların əksəriyyətinin kibertəhlükəsizliyə gələn il daha çox pul xərcləyəcəklərini planlaşdırmaqlarına baxmayaraq, xərclər, gözlənildiyi kimi, büdcə çərçivəsinə uyğun olaraq qalmaqdadır.