İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində azı 11 nəfər həyatını itirib.
Bu barədə NUHÇIXAN “Reuters” agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, 3 nəfər sağ tapılsa da, 12 nəfərin axtarışları aparılır.
Dekabrın 3-də Sumatrada Marapi vulkanı püskürüb. İlkin məlumatlara görə, vulkanın külü 15 min metrdən çox hündürlüyə qalxıb.