Rusiya XİN: “İrəvanın KTMT-nin iclaslarına qatılmaması müdafiə ilə bağlı qərarlara təsir etməyəcək”

A- A A+

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) iclaslarında Ermənistan nümayəndə heyətinin iştirak etməməsi vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı qərara təsir etməyəcək”.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

“İrəvanın iştirak etməməsi kollektiv sənədlərin qəbul edilməsi proseslərinə maneə törətmir”, - o bildirib.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT PA-nın dekabrın 19-da Moskvada keçiriləcək iclaslarında iştirak etməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: