Korrupsiyada ittiham olunan Ermənistanın regional hərbi polis rəisinin cinayət işi məhkəməyə göndərilib

A- A A+

Ermənistan Müdafiə Nazirliyinin regional hərbi polisinin rəisinə qarşı korrupsiya ittihamı ilə açılan cinayət işi məhkəməyə göndərilib.

NUHÇIXAN xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Ermənistan Antikorrupsiya komitəsinin Əməliyyat istintaq bölməsinin fəaliyyəti nəticəsində rəis 570 min dram (2 min 50 manata yaxın) məbləğində rüşvət alması müəyyənləşib.

Cinayət işi üzrə istintaq tamamlanıb. İttiham aktı prokuror tərəfindən təsdiq edilib və iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: