Gürcüstan-Rusiya yolu yenidən bağlanıb

A- A A+

Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu yenidən bağlanıb. İki ölkənin sərhədindəki keçid məntəqəsində irihəcmli yük maşınlarının hərəkəti qadağan edilib.

NUHÇIXAN xəbər verir ki, yolun bağlanmasına hava şəraitinin yenidən pisləşməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin artması səbəb olub. Hazırda yolda 2000-dən çox yük avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, “Gürcüstan hərbi yolu” kimi də tanınan bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Yol bir neçə gün əvvəl də əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: