KİV: Qəzzada döyüşlər azı bir ay davam edəcək

A- A A+

Qəzza sektorunda hərbi əməliyyatlar yeni atəşkəs əldə edilənə qədər, ən azı bir ay davam edəcək.

NUHÇIXAN İsrail ordusunun radiostansiyasına istinadla xəbər verir ki, döyüşlərin məqsədi Qəzza sektorunda saxlanılan girovların azad edilməsi ilə bağlı daha yaxşı şərtlərlə danışıqları bərpa etmək üçün HƏMAS hərəkatına təzyiq göstərməkdir.

Radiostansiyanın məlumatına görə, HƏMAS hərəkatına təzyiqlər Fələstin eksklavının şimalında və cənubunda hərbi əməliyyatlar vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs rejimi qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Noyabrın 27-də tərəflər eyni şərtlərlə atəşkəsi daha iki gün uzatmaq barədə razılığa gəliblər.

Dekabrın 1-də İsrail ordusu HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: