Tokayev: “Qazaxıstan Aİ ilə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır”

A- A A+

“Qazaxıstan Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlığını daha da gücləndirməkdə maraqlıdır”.

NUHÇIXAN Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev Aİ-nin bu ölkədəki səfiri Kestutis Yankauskas ilə görüşündə deyib.

Qeyd edilib ki, onlar Qazaxıstan və Avropa İttifaqı arasında əlaqələrin prioritet istiqamətlərini müzakirə ediblər: “Dövlət başçısı Qazaxıstanın Aİ ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiq olduğunu, eləcə də onların təşəbbüsü ilə irəli sürülən C5+Aİ formatı çərçivəsində çoxşaxəli əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyib. Prezident siyasi islahatlar kursunun uğurla həyata keçirilməsindən danışıb, demokratiyanın möhkəmləndirilməsində Qazaxıstana verdiyi dəstəyə görə Aİ-yə təşəkkür edib”.

Bildirilib ki, görüş zamanı “yaşıl” inkişaf, nəqliyyat, logistika və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: