İsrail Müdafiə Ordusu: "HƏMAS dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib"

A- A A+

HƏMAS İsrailin mülki zonalarına və dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, HƏMAS İsrailin cənubundakı Beer-Şeva şəhərində mülki israillilərin yaşadıqları ərazilərə 12 raket atıblar. Məlumata görə, raketlər Qəzza zolağının cənubundakı Rəfaha təxliyə edilmiş mülki vətəndaşların çadırları və BMT-nin obyektlərinin yaxınlığından atılıb.

Vurğulanıb ki, silahlı qruplaşma mülki infrastruktur, məktəblər, yaşayış məntəqələri, BMT obyektləri yaxınlığındakı humanitar zonalardan, mülki şəxslərdən canlı qalxan kimi istifadə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: