Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

A- A A+

Hazırda Gürcüstan ilə Rusiya arasındakı “Kazbeqi” sərhəd-keçid məntəqəsində 2700 yük və 200-dən çox minik avtomobili dayanıb.

NUHÇIXAN xəbər verir ki, sərhəd-keçid məntəqəsinin bağlanmasına hər iki ölkənin ərazisində güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəb olub.

Dekabrın 7-dən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepandtsminda–Lars avtomobil magistralının Kobi-Qudauri hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Hazırda sərhəd keçid məntəqəsində və yollarda dayanan yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, Mtsxeta-Stepandtsminda-Lars (Yuxarı Lars) yolu Gürcüstan ilə Rusiya arasında yeganə quru yoldur. Bu yol, eyni zamanda, Ermənistanı da Rusiya ilə bağlayan yeganə avtomagistraldır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: