Meksikada fermerlərlə silahlı dəstə arasında toqquşma olub, 14 nəfər ölüb

A- A A+

Meksikanın mərkəzində yerləşən Teskapilya yaşayış məntəqəsinin sakinləri ilə silahlı qruplaşma üzvləri arasında baş verən qarşıdurma nəticəsində azı 14 nəfər ölüb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “El Heraldo de Mexico” qəzeti məlumat yayıb. Daha əvvəl 11 qurbanın olduğu bildirilirdi.

Nəşrin məlumatına görə, insident ərazidə fəaliyyət göstərən və fermerlərdən pul tələb edən silahlı dəstənin qəsbkarlıq etməsi səbəbindən baş verib. Quldurlar güc tətbiq etmək istəyərkən bir qrup sakinin müqaviməti ilə qarşılaşıblar və nəticədə onlar qrupun 11 üzvünü maçete ilə öldürüblər.

Toqquşmalar nəticəsində 3 mülki şəxs də ölüb. 4 nəfər güllə yarası alıb, daha 2 nəfər itkin düşüb.

Eyni zamanda bir neçə avtomobil də yandırılıb. Meksika təhlükəsizlik qüvvələri vəziyyəti həll etmək üçün Teskapilyaya yollanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: