Ermənistanda sosial şəbəkələrin izlənilməsi proqramına dövlət büdcəsindən 70 min dollar xərclənib

A- A A+

Ermənistan İstintaq Komitəsi (IK) sosial şəbəkələrin monitorinqinə imkan verəcək “Maltego” proqramına dövlət büdcəsindən 70 min ABŞ dolları xərcləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bu kompüter proqramı güclü məlumat toplama sistemidir. O, sosial şəbəkələrdə istənilən məlumatı, elektron poçt ünvanlarını, telefon nömrələrini və daha çox şeyi axtarmağa imkan verir. Bu proqram vasitəsilə axtarılan şəxsin yerini müəyyən etmək də olar.

“Proqramın köməyi ilə siz, məsələn, nə qədər insanın baş nazir Nikol Paşinyana qarşı zorakı hərəkətlərə çağırış etdiyini öyrənə bilərsiniz”, - nəşr qeyd edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: