Bayden Zelenskini Ağ Evə dəvət edib

A- A A+

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı açıqlamasında bildirib.

Açıqlamada iki dövlətin liderlərinin Ukraynanın cari ehtiyaclarını və kritik anda ABŞ-nin davamlı dəstəyinə həyati ehtiyacı müzakirə edəcəkləri qeyd olunub.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Co Bayden ABŞ-nin Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq niyyətindədir.

Volodimir Zelenskinin Vaşinqtona əvvəlki səfəri sentyabrın 21-də baş tutub. Ukrayna Prezidenti ABŞ-nin paytaxtına BMT Baş Assambleyasının 78-ci sessiyasının tədbirlərində iştirak etdikdən sonra gəlmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: