İsrail Müdafiə Ordusu HƏMAS-ın tağım komandirlərindən birini zərərsizləşdirib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu və İctimai Təhlükəsizlik Xidmətinin yaydığı birgə açıqlamada bildirilib.
Məlumata görə, İsrail Müdafiə Ordusu Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində HƏMAS-ın komandirlərindən biri olan Emad Karika ölüb.
Vurğulanıb ki, o, bir həftə öncə “Şecayya” tağımına komandir təyin olunmuşdu. Onun sələfi Vessam Farxat da İsrail Müdafiə Ordusu tərəfindən döyüşlərdə öldürülmüşdü.
E.Karika 2019-cu ildə komandir müavini təyin olunubmuş. “Şecayya” tağımı Qəzza zolağında bir sıra terror aktına görə məsuliyyəti üzərinə götürüb.