Ermənistanın hakim partiyasının deputatı: "Revanşist əhvali-ruhiyyəni gücləndirənləri ölkənin taleyi düşündürmür"

A- A A+

Ermənistanda revanşist əhvali-ruhiyyəni gücləndirmək istəyən xarici qüvvələr var.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının deputatı Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın mövcudluğu həmin qüvvələri maraqlandırmır: “Biz üçüncü güclərin əlində alətə çevrilməməliyik”.

Parlamentarinin sözlərinə görə, Ermənistan güclənmək və möhkəm dövlətçiliyə sahib olmaq istəyirsə, qonşularla dialoq aparmalıdır.

Deputat Azərbaycanla sülh müqaviləsinin Ermənistana lazım olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: