İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS qruplaşmasının yaraqlılarının kütləvi şəkildə təslim olduğunu açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, oktyabrın 7-də törədilən hücumlarda iştirak edənlər daxil olmaqla, HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olur, İsrail qüvvələri isə onları Qəzza zolağında yerləşən Cebaliya və Şecayyadakı son sığınacaqlarından sıxışdırır: “Təslim olanların sayı onların vəziyyəti haqqında çox şey deyir”.
Daha əvvəl Y.Qalant məlumat vermişdi ki, İsrail hərbçiləri Qəzza zolağında əməliyyatlar zamanı HƏMAS-a bağlı olan minlərlə yaraqlını və silahlı qrupların yüzlərlə komandirini zərərsizləşdirib.