Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov NATO-nun hərbi təlimatlarının işləmədiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, o, rəsmi Kiyevin əks-hücum üçün bəslədiyi ümidlərin özünü doğrultmadığını söyləyib.
"Həddindən artıq optimizm Kiyevin səhvidir. ABŞ-dən yardımın gecikməsi isə faciəvi deyil. Heç olmasa müəyyən qədər hərbi maliyyənin gələcəyinə ümid edirəm", - O.Danilov vurğulayıb.