Pakistanda polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 24-ə çatıb

A- A A+

Pakistanın şimal-qərbində polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 24-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, hadisə dekabrın 12-də Pakistanın Əfqanıstanla sərhədində Dera İsmayıl Xan rayonunda baş verib.

Məlumata görə, partlayıcı yüklü avtomobil polis məntəqəsinə çarpılıb.

Hadisənin məsuliyyətini “Tahreek-e-Jihad Pakistan” adlı Pakistanın “Taliban” qruplaşması üzərinə götürüb. Bu qruplaşma 2007-ci ildə yaranıb. Onun hədəfi Pakistanda hakimiyyəti dəyişməkdir. “Tahreek-e-Jihad Pakistan”ın Əfqanıstandakı “Taliban”la sıx əlaqəsi olduğu bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: