“Google Pay” şirkəti “Google Pay” ödəniş servisini yeniləyərək Danimarka, Finlandiya, Norveç, İsveç, Çilidən sonra İtaliya, İspaniya və Yaponiya üçün yeni imkanlar təqdim edir.
NUHÇIXAN yerli mənbələrə istinadla xəbər verir ki, “Google Pay” ailəsinə qoşulan bu yeni ölkələrin istifadəçiləri pul göndərmək, ödənişlər haqqında informasiyanı həm əlavə, həm də internet interfeysi vasitəsilə idarə edə biləcəklər.
Ödəniş sisteminə İtaliyanın “Banca Iccrea”, “UniCredit”, İspaniyanın “Bankia”, “Banco Mediolanum” və “Banca March” banklarının dəstək verdiyi bildirilir.
Yaponiyada isə “Google Pay”ə dəstək siyahısına əlavə edilə biləcək yalnız bir ödəmə üçün xidmət vardır. Belə ki, sürətli ödəniş sistemi “QUICPay”i qəbul edən dükanlarda müştərilərin “LINE Pay” kartı ilə ödəniş etmələri mümkün olacaq.