Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
“Narkogüc-39” kod adı altında ölkənin 49 vilayətində eyni vaxtda keçirilən əməliyyat nəticəsində 3 ton 275 kiloqram narkotik vasitə müsadirə edilib. Ümumilikdə 651 heyət olmaqla, təhlükəsizlik qüvvələrinin 1422 əməkdaşının iştirak etdiyi əməliyyatın gedişində 378 nəfər şübhəli şəxs saxlanılıb.