PKK terror qruplaşmasının əsas rəhbərlərindən birinin cangüdəni məhv edilib

A- A A+

PKK terror qruplaşmasının əsas rəhbərlərindən biri olan Murad Karayılanın cangüdəni məhv edilib.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial səhifəsində yazıb.

Məlumata görə, dekabrın 4-də “Kahramanlar-32” adı altında antiterror əməliyyatı keçirilib. Türkiyənin Mardin əyalətinin Darkeçid rayonunun Alayurt məhəlləsində 2 terrorçu zərərsizləşdirilib. Aparılan DNT analizi nəticəsində onlardan birinin “Herekol Hezek” kod adlı Yunus Araş olduğu müəyyən edilib. O, 2019-cu ildə İraqın şimalında PKK terror qruplaşmasının başçılarından Murat Karayılanın cangüdəni olub. Y.Araş təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının fəal iştirakçılarından olduğu da bildirilib.

Qeyd edək ki, M.Karayılan PKK-nın başçısı Abdulla Öcalandan sonra qruplaşmada əsas fiqur sayılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: