Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, onlar regional nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə ediblər.
Bundan əlavə, Ermənistan və UNECE arasında əməkdaşlığın perspektivli sahələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.