Aİ Macarıstanın vetosuna baxmayaraq, Ukraynanın maliyyə yardımı alacağına əmindir

A- A A+

Avropa İttifaqı (Aİ) Macarıstanın vetosuna baxmayaraq, Ukraynanın maliyyə yardımı alacağına əmindir.

NUHÇIXAN “Financial Times”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

O bildirib ki, bunun üçün müxtəlif alətlər var.

Ş.Mişel söyləyib ki, Aİ gələn ilin əvvəlində bu məsələyə yenidən qayıdacaq.

Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Ukraynaya ayırdığı 50 milyard avroluq yardıma veto qoyub. Ş.Mişel veto məlumatını təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: