Rusiya baş nazirinin müavini: “Ermənistanla yükdaşımalar üçün yeni marşrutların yaradılmasında maraqlıyıq”
Rusiya da Ermənistan kimi nəqliyyat marşrutlarının şaxələndirilməsində və ölkələr arasında yüklərin daşınması üçün yeni marşrutların inkişafında maraqlıdır.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə təbii və iqlim səbəblərindən ilboyu nəqliyyat əlaqəsi tam təmin edilmir: “Bu, iki ölkə arasında münasibətlərin inkişafına ciddi mane olur”.