Qeyri-qanuni miqrantların axını Avropa İttifaqı ölkələrini Şengen zonasının daxili sərhədlərindəki yoxlamalar rejimini uzatmağa məcbur edir.
NUHÇIXAN xəbər verir ki, cümə günü Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi Çexiya, Polşa və İsveçrə ilə sərhədlərdə sərhəd nəzarətinin əlavə üç ay uzadılması haqqında elan verib. Hərtərəfli yoxlamalar martın 15-dək davam edəcək.