Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə edib

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, diplomatlar ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə ediblər.

Eyni zamanda Türkiyənin XİN başçısı “Qəzzaya hücumların dayandırılması üçün ABŞ-nin İsrail üzərindəki nüfuzunu istifadə etməsi” ilə bağlı həmkarına çağırış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: