Serbiya parlamentinə seçkilərdə hakim koalisiya qalib gəlib

A- A A+

Serbiyada ötən gün keçirilən növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyası qalib gəlib.

NUHÇIXAN xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin sədri olduğu Serb Tərəqqi Partiyasının liderliyində qurulan koalisiya ilkin qeyri-rəsmi məlumatlara görə, seçkilərdə səslərin təxminən 47 faizini toplayıb. “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası parlamentdəki 250 yerdən 129-nu tutacaq.

Aleksandar Vuçiç bununla da parlamentdə mütləq çoxluğa sahib olacaqlarını bildirib.

Parlament seçkiləri ilə yanaşı, Belqrad Şəhər Assambleyasına keçirilən yerli seçkilərdə isə hakim partiya səslərin 39 faizini toplaya bilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: