ABŞ-nin şimal-şərqində güclü fırtınalar nəticəsində azı 3 nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.
Məlumata görə, 600 mindən çox insan elektrik enerjisiz qalıb. Bölgədə güclü külək və daşqınlar yaşanıb.
Bildirilib ki, Nyu-York rəsmiləri daşqın xəbərdarlığı edib. Şəhər sakinlərinə şəxsi avtomobilləri ilə səyahət etməmək və ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.
Qeyd edilib ki, regiondakı hava limanlarında 500-dən çox reys təxirə salınıb.