Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi, Ukrayna və Moldova ilə danışıqlara başlanılması bu ölkələrin təşkilata üzvlüyünə zəmanət vermir.
NUHÇIXAN Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, bunu Macarıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Namizəd statusunun verilməsi o demək deyil ki, onlar Avropa İttifaqına üzv olacaqlar. Bu prosesə start verildikdən sonra o, daha da uzanacaq", - o bildirib.
Prezident qeyd edib ki, Aİ Türkiyə ilə münasibətlərə indi diqqətlə yenidən baxmalıdır: "Türkiyə Aİ-yə üzv olmağa digər ölkələrlə müqayisədə daha hazırdır. Lakin siyasi maneələrə görə biz uzun illər gözləmək məcburiyyətində qalmışıq".