Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamenti qarşısında and içib.
NUHÇIXAN xəbər verir ki, andiçmə mərasimi Küveyt dövlət televiziyası ilə canlı yayımlanıb.
Şeyx Məşəl dekabrın 16-da vəfat edən Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın yerinə keçib. Küveyt konstitusiyasına görə, əmirin ölümündən sonra taxt vəliəhd şahzadəyə ötürülür, lakin o, yalnız parlamentdə and içdikdən sonra hakimiyyətə gələ bilər.
Küveytin mərhum əmiri 2006-2020-ci illərdə ölkəyə rəhbərlik edən ögey qardaşı Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın ölümündən sonra taxta çıxmışdı. 2006-cı ilin fevralında Şeyx Sabahın göstərişi ilə Şeyx Nəvaf vəliəhd təyin edilmişdi. Beləliklə, əs-Sabah ailəsinin iki qolunun - əl-Cabir və əl-Salem nümayəndələrinin növbəli əmirlik ənənəsi pozulmuşdu.