Macarıstan Avropa İttifaqının sığınacaq və miqrasiya siyasətinə dəyişiklərlə bağlı razılaşmaya etiraz edib.
NUHÇIXAN xəbər verir ki, Aİ-yə üzv dövlətlərin hökumətləri, rəsmilər və Avropa Parlamentinin üzvləri blokun sığınacaq və miqrasiya ilə bağlı yeni paktına dair ilkin razılaşmanı “tarixi” adlandırıblar.
Fransa, Almaniya və Niderland da daxil olmaqla bir çox Aİ ölkələri razılaşmanı alqışlayıb.
İtaliyanın daxili işlər naziri Matteo Piantedosi razılaşdırılmış islahatı "böyük uğur" adlandıraraq, onun öz ölkəsi kimi cəbhəyanı ölkələrin "artıq özünü tək hiss etmədiyini" deyib.
Piantedosi deyib ki, İtaliya həmişə balanslaşdırılmış həll yoluna nail olmağa çalışıb ki, Aİ-nin cənub dövlətləri artıq miqrant təzyiqi qarşısında tək qalmasınlar.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də razılaşmadan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, nəhayət ki, Yunanıstanın narahatlıqlarına cavab verilib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto isə ölkəsinin "mümkün ən sərt şəkildə" bu razılaşmaya qarşı olduğunu bildirib.
Qeyd edək ki, Macarıstan Cənubi Avropaya gələn miqrantları qəbul etmək istəmir və onların digər ölkələrdə yerləşməsi üçün pul ödəmir.