Ermənistanın silahlanmaq həvəsi

Hindistan sınaqlarda, Fransa isə Ukraynada özünü doğrultmayan hərbi texnikaları Ermənistana ötürür

A- A A+

Azərbaycanın parlaq qələbəsi ilə bölgədə sülhə olan ümidlərin artdığı bir vaxtda Ermənistan məhv edilmiş ordusunu yenidən dirçəltməyə çalışır. Rusiyadan canını qurtarmağa çalışırmış kimi özünü aparan Ermənistan, dünyada mövcud olan demək olar ki, bütün ölkələrin-Hindistanın, İranın, Fransanın, ABŞ-nin qapısını döyür, xüsusilə də Qərbə doğru yuvarlanır. Əlbəttə ki, bu onun öz biləcəyi işdir. Amma gəl gör ki, xəmiri işğalçılıq və xəyanətlə yoğrulan bir ölkənin silahlanmağa başlaması bölgədəki ölkələri, xüsusilə də Azərbaycanı narahat etməyə bilməz. Çünki, hər zaman sülhün tərəfdarı olan Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Bu da gələcəkdə nəinki müharibə, eskalasiya, hətta adi silahlı atışmaların belə olmamasına hesablanmış cəsarətli addımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibə verərkən dediyi kimi, Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Göründüyü kimi sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Sülhü istəməyən qüvvələr isə öz növbəsində Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməyə çalışır. Belə bir məqamda Avropa İttifaqı Ermənistanda müşahidəçilərinin sayını 71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb. Burada əsas məqsədin Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması olduğunu görmək mümkündür. Amma hərbi ekspert və siyasi şərhçilər iddia edirlərki, Qərb Rusiyanı Ermənistandan çıxarmaq planlarını həyata keçirmək üçün Azərbaycanla sərhəddə hər hansı bir eskalasiyaya rəvac verib, güya ki, erməniləri Rusiya yox, məhz Avropa “xilas” elədi fikrini “təsdiqlətməyə” çalışa bilər.

          Deməli, hər zaman Ermənistana arxa baxçası kimi baxan Rusiyanın Ukraynada müharibəyə başının qarışmasını fürsət bilən Qərb ölkələri, ən əsası da Fransa Cənubi Qafqazda münaqişələrin alovlanmasında maraqlı olduğunu hər fürsətdə nümayiş etdirir. Əlbəttə ki, bunun üçün də özü kimi keçmişi günahsız insanların qətli ilə dolu olan, separatçılığı və işğalçılığı sevən Ermənistanı dəstəkləməyi qarşısına məqsəd qoyub.

          Hindistanın sınaq atışlarında və Pakistanla silahlı qarşıdurmalarda özünü doğrultmayan artilleriya və hava hücumundan müdafiə sistemlərini Ermənistana ötürdüyü kimi, Fransa da Ukrayna hərbçilərini yoran və asanlıqla Rusiya ordusunun hədəfinə çevrilə bilən hərbi texnikaları Cənubi Qafqazdakı bacısına göndərir.

İstehsalçı ölkələrin “üzünü ağ, alnını açıq” edə bilməyən hərbi texnikaların sınaqlarda və döyüş meydanında özünü doğrultmaması ilə bağlı nümunələr çoxdur. Sonuncu dəfə isə Ukrayna hərbçiləri Fransanın SEZAR özüyeriyən artilleriya qurğularından “Le Monde” qəzetinə şikayətləniblər. Qəzetə müsahibə verən Ukrayna silahlı qüvvələrinin artilleriya briqadasının komandiri Yan Yatsıçin bildirib ki, Fransanın SEZAR adlı hərbi texnikaları çox kövrəkdir. Ukraynalı hərbçilərin sözlərinə görə həmin artilleriya qurğusundan çox nadir hallarda istifadə edilir. Bir sözlə, ukraynalı artilleriyaçıların gəldiyi qənaət budur ki, Fransanın SEZAR özüyeriyən artilleriya qurğuları müharibə reallıqlarına uyğunlaşa bilmədiyinə və həddən artıq böyük olduğuna görə asanlıqla Rusiya hərbçilərinin hədəfinə çevrilir.

Fransa SEZAR qurğularını Ermənistana vermək arzusuna düşməzdən əvvəl “Bastion” zirehli maşınlarını öz bacısına göndərib. Ukrayna hərbçiləri “Bastion” tipli yüngül zirehli maşınlardan artilleriya atəşindən və tank əleyhinə raketlərdən qorunmaqda aciz olduğu üçün imtina ediblər. Fransa da bunu fürsətə çevrirərk, uğradığı ziyandan qurtulmaq üçün həmin zirehli maşınları Ermənistana ötürməyə başlayıb.

Ermənistanın ümid bağladığı, döyüş meydanında isə Rusiyanın atəşləri qarşısında Ukrayna hərbçilərini çıxılmaz vəziyyətə salaraq acizlik nümayiş etdirən Fransa texnikaları erməni terrorçularını kimdən və necə qoruyacaq? Əlbəttə ki, Fransanın bu “erməni sevdası” regionda vəziyyəti gərginləşdirmək üçün atılan növbəti təxribat xarakterli addımdır. Təbii ki, Fransa və Hindistanın kəmiyyətin keyfiyyəti üstələdiyi hərbi texnikalarına güvənərək hər hansı bir addım atmağa çalışmaq Ermənistanın dövlət kimi mövcudluğunun sonu və məhvi deməkdir.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: