İsrail hərbi əməliyyatları iki həftəlik dayandırmağa hazırdır

A- A A+

İsrail Qəzzada saxlanılan girovları azad etmək üçün Fələstin anklavında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazırdır.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Makan-33” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail terrorizmdə təqsirli bilinənlər də daxil olmaqla, həbsxanalardan fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS-ın girov saxladığı insanların azad edilməsi şərti ilə iki həftəlik atəşkəsə hazırdır.

“Lakin tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar, çünki HƏMAS hərəkatı bu təklifi rədd edir”, - məlumatda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: