Ukraynada yaşayış binasında partlayış olub, ölənlər var

A- A A+

Ukraynanın Lvov şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Dövlət Fövqəladə Vəziyyət Xidmətinin Lvov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Viyali Turovtsev bildirib.

Onun sözlərinə görə, öncə binanın dağıntıları altında kişi meyiti aşkarlanıb, bitişik tikilidə isə – qadının, daha sonra daha bir kişinin meyiti tapılıb. Qeyd olunub ki, qalıqlar altında insanlar qalmış ola bilər.

Olay yerində hərəkət məhdudlaşdırılıb, xilasedici xidmətlər yerlərdə fəaliyyət göstətrirlər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: