Özbəkistan Beynəlxalq İslam Akademiyasında “İslam təfəkkürü” jurnalının təqdimatı olub.
NUHÇIXAN xəbər verir ki, dini maarifləndirici və elmi jurnal respublika Nazirlər Kabineti yanında Din İşləri üzrə Komitə, Özbəkistan Müsəlmanları İdarəsi və Beynəlxalq İslam Akademiyası tərəfindən nəşr olunur.
“İslam təfəkkürü” jurnalı ildə dörd dəfə özbək, rus, ingilis və ərəb dillərində çap ediləcək.
Jurnalda “Quranşünaslıq”, “Hədisşünaslıq” və s. rubrikalar altında İslam aləmindən elmi məqalələr, alimlərin araşdırmaları, həmçinin dinşünas alimlər haqqında yazılar veriləcək.