Avropa İttifaqı yeraltı anbarlardan 15,5 milyard kubmetr qaz götürüb

A- A A+

Avropa İttifaqı ölkələri noyabrın 7-də başlayan isitmə mövsümünün əvvəlindən bəri yeraltı anbarlardan 15,4 milyard kubmetrdən çox qaz götürüb.

NUHÇIXAN “Gas Infrastructure Europe” assosiasiyasına istinadla xəbər verir ki, dekabr ayında Avropa İttifaqına maye qaz tədarükü öncəki ayla müqayisədə azalıb. Dekabrın 23-də yeraltı anbarlardan 249 milyon kubmetr qaz çıxarıb və anbarlara 99 milyon kubmetr qaz vurulub. Hazırda Avropanın qaz anbarlarının 87,08 faizi (95,97 milyard kubmetr) doludur.

Avropa birjasında qazın min kubmetrinin qiyməti 390 dollardan aşağı düşüb. Eyni zamanda, külək generasiyası müşahidələr dövrü ərzində maksimum səviyyəyə - 22 faizə yüksəlib.

Sinoptiklərin məlumatına görə, Milad həftəsində Mərkəzi və Qərbi Avropada havalar nisbətən isti keçəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: