Rusiya hökuməti ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin “Telegram” kanalında məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Rusiya Federasiyasından patron və gilizlərin ixracına qoyulan qadağanın müddəti 2025-ci ilin 31 dekabr tarixinə qədər uzadılıb.
Qeyd olunub ki, qəbul edilən qərar dövlət maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.