Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı keçirib.
NUHÇIXAN bu barədə TRT Haber telekanalına istinadən xəbər verir.
Fidan amerikalı həmkarına dekabrın 26-da TBMM-nin Beynəlxalq Əlaqələr Komissiyası tərəfindən İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi barədə məlumat verib.
Bununla yanaşı, Vaşinqtonun Ankaraya F-16 qırıcılarının satışı məsələsi müzakirə olunub.