Pakistan Silahlı Qüvvələri yerli “Fatah II” mənzili uzadılmış reaktiv yaylım atəşi sistemini (RYAS) uğurla sınaqdan keçirib.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, “Fatah II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub.
Sistemin idarə olunan raketləri inersial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
KİV-in məlumatına görə, “Fatah” RYAS Pakistanın “Global Industrial & Defence Solutions” (GIDS) müdafiə şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, ABŞ-nin HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur.
150 km-ə qədər uçuş məsafəsi olan “Fatah I” RYAS ilk dəfə Pakistanda 2021-ci ilin avqustunda sınaqdan keçirilib.