Qarabağda ləğv olunmuş separatçı rejimin sabiq "rəsmiləri” Ermənistan MTX-yə çağırılır

A- A A+

Qarabağda ləğv olunmuş separatçı rejimin sabiq “rəsmiləri” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, “Artsax”ın ləğvinin qeyri-mümkünlüyü barədə fikirlər səsləndirən həmin şəxslərlə söhbətlər aparılır.

Çağırılanlar arasında sabiq “dövlət naziri” Artak Beqlaryan, separatçı rejimin “rəhbərinin keçmiş müşaviri” Vladimir Qriqoryan, “parlamentin vitse-spikeri” Qaqik Baqunts da var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: