Rusiyada prezidentliyə namizədlərin sayı 33-ə çatıb

A- A A+

Rusiyada prezidentliyə namizədlərin sayı 33 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın rəhbəri Ella Pamfilova məlumat verib.

O, əlavə edib ki, MSK Rusiyada prezident seçkilərində siyasi partiyalar tərəfindən irəli sürülmüş 8 namizədin, habelə onları dəstəkləyən seçici qruplarının qeydə alınması üçün özü tərəfindən irəli sürülmüş 6 namizədin sənədlərini qəbul edib.

“Siyasi partiyaların qurultaylarında irəli sürülən 8 namizəd sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilib. Hələlik namizəd olmasa da, Rusiya Kommunist Partiyasının yanvarın 1-nə kimi belə imkanı var”, - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: