Türkiyə Mərkəzi Bankının ehtiyatları tarixində ilk dəfə 145,5 milyard ABŞ dollarına çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Mərkəzi Bankın ehtiyatları mayın sonundan bəri 47 milyard ABŞ dolları artaraq bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı iyunda bəyanat yaymışdı ki, tənzimləyici yüksək inflyasiya proqnozu dəyişənə qədər pul siyasətini mərhələli şəkildə sərtləşdirməyə davam edəcək. Mərkəzi Bank iyundan etibarən uçot dərəcəsini 8,5 %-dən 42,5 %-ə yüksəldib.
Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan iyulda Türkiyə iqtisadiyyatının 2025-ci ildə stabilləşəcəyini bildirmişdi.