“Səhərki hücum zamanı Rusiya qoşunları Ukraynaya müxtəlif növlü 110-a yaxın raket buraxıb”.
NUHÇIXAN-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
O bildirib ki, Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlər, o cümlədən doğum evi, tədris müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli binalar və fərdi evlər, kommersiya anbarı, parkinq atəşə tutulub: “Bu gün Rusiya arsenalında olan demək olar ki, hər növ silahdan zərbə endirib”.
Zelenskinin sözlərinə görə, rusiyalılar tərəfindən 110-a yaxın raket buraxılıb, onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub: “Lakin atışma nəticəsində ölən və yaralananlar var. Bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir və lazımi yardım göstərir”.