Yaponiyada ev heyvanını əvəz edən robot satışa çıxarılıb

A- A A+

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Groove X” kompaniyası tərəfindən ələ götürülmək üçün hazırlanan “Lovot” (Love və robot sözlərinin kombinasiyası) öz sahiblərini yadda saxlaya bilir. Güclü kompüter və süni intellekt sistemi ilə təchiz olunan robot yelləndiyi zaman yatır, həmçinin müxtəlif məharətlər göstərir.

Robot ona quraşdırılan kamera sayəsində təhlükəsizlik və evdə tək qalan uşaqlara nəzarət sistemi kimi də istifadə oluna bilər. O, ətrafında olan insanların davranışını təsbit edir və buna uyğun olaraq onlara münasibət göstərir. Məsələn “Lovot” onu vuran və ya xətrinə dəyən insandan qaçmağa başlayır.

Cüt halda satılan robotun qiyməti təxminən 5 min dollara yaxındır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: