Ermənistanda Futbol Akademiyasının divarı uçub, ölən var

A- A A+

Ermənistanın Gümrü şəhərində Futbol Akademiyasının daşdan hörülmüş divarının uçması nəticəsində dağıntılar altından bir kişinin meyiti aşkar edilib.

NUHÇIXAN “Shamshyan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xilasetmə xidməti məlumat yayıb.

Bildirilib ki, 68 yaşlı Navasar M. divar uçarkən tikilinin yaxınlığından keçirmiş. Onun üzərinə 25 metr hündürlüyündə, 2 metr enində divar uçub.

Fakt üzrə cinayət işi başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: