Ermənistanda Rusiya TV-lərinin yayımının dayandırılmasını dəstəkləməyən nazir işdən çıxarılıb

A- A A+

Ermənistanda nazir vəzifəsindən uzaqlaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata əsasən, ölkənin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan tutduğu vəzifədən azad edilib. Robert Xaçatryan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasına qarşı idi.

Xaçatryan ötən ilin 27 aprelində nazir təyin edilib. Bundan əvvəl, 2021-2022-ci illərdə o, nazir müavini vəzifəsini tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: