Nigerdə minlərlə insan Fransa hərbçilərinin ölkədən çıxarılmasını qeyd etmək üçün küçələrə axışıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.
"Minlərlə insan dekabrın 29-da Nigerdə yerləşən son fransız əsgərinin bir həftə əvvəl ölkədən çıxarılmasını qeyd edib”, - agentlik bildirib.
Nümayişdə Burkino-Fasonun və Malinin baş nazirləri - Apolliner Yoahim Kyelem de Tambela və Şoqel Kokalla Maiqa iştirak ediblər.
Qeyd edilib ki, sentyabrın 2-də paytaxt Niameydəki hava qüvvələri bazası qarşısında Fransa qoşunlarının çıxarılması tələbi ilə başlayan etiraz aksiyalarına minlərlə insanın nümayişi son qoyub.
Agentliyin məlumatına görə, Fransa əleyhinə şüarlar səsləndirilib. İzdiham arasında Niger, Burkino-Faso, Mali və Rusiya bayraqları görünüb.